”Bankların birləşməsi prosesi davam edəcək”

ABA prezidenti: ”Biz qarşıdakı dövrdə digər bankların da birləşməsinin şahidi olacağıq”

Source:


ABA prezidenti: ”Biz qarşıdakı dövrdə digər bankların da birləşməsinin şahidi olacağıq”

“Azərbaycanın bank sektorunda konsolidasiya prosesi davam edəcək”.

 “APA-Economics”-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev  deyib.

“Bilirik ki, bu günlərdə iki bank (“AtaBank” və “CDB Bank”) birləşdi. İki bankın səhmdarları özlərində güc tapıb bu qərarı verib. Düşünürük ki, bu addım digər banklara nümunə olmalıdır. Biz qarşıdakı dövrdə digər bankların da birləşməsinin şahidi olacağıq”, – deyə o bildirib.

Z. Nuriyev deyib ki, bankların sayı deyil, onların göstərdiyi xidmətlər vacibdir.

İqtisadçı, banklar üzrə ekspert Samir Əliyev deyir ki, “AtaBank” və “CDB Bank”ın

birləşməsi

ndən sonra bankların sayı 31 olub, bağlanan bankların sayı isə 14-ə çatıb.

Bankların birləşməsi haqda qərarını “Facebook” səhifəsində şərh edən iqtisadçı bildirib ki, Azərbaycanda bankların konsolidasiyasiyası çətin prosesdir və hətta son vaxtlar qeyri-mümkün olub:

“Bunun bir neçə səbəbi var, onlardan biri bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqası ilə bölüşmək istəməsidir. Müxtəlif sahibi olan bankların birləşməsi mümkün olmasa da, eyni sahibi olan bankların birləşməsi realdır”.

İqtisadçı hesab edib ki, Bank qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra bankların sayının azaldılması prosesi davam edəcək. Əsas üstünlük bankların konsolidasiyasına veriləcək. Bu, baş tutmasa, banklar ləğv ediləcək:

“Son dəyişikliklər rezolyusiya tədbirləri vasitəsilə bankları konsolidasiyaya “stimullaşdıracaq”. Körpü bankların yaradılması vasitəsilə bəzi bankların əvvəlcə sağlamlaşdırılmasi sonra isə digər banklara birləşmədirilməsi tədbirləri həyata keçiriləcək. Bütün proseslərin nəticəsi olaraq bankların sayının 25-ə qədər azaldılmasını gözləmək olar”.

Ana səhifəXəbərlər”Bankların birləşməsi prosesi davam edəcək”