Bankdan açıqlama: Özünü yandırmaq istəyən şəxsə dəfələrlə güzəşt etmişik

“Bu insidentin manatın devalvasiyası ilə heç bir əlaqəsi yoxdur”

Source:

“Bu insidentin manatın devalvasiyası ilə heç bir əlaqəsi yoxdur”

Dekabrın 22-də bir vətəndaşın “Nikoyl Bank”ın qarşısında özünü yandırmağa cəhd etməsi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, həmin şəxs bu addımı banka borcu üzündən atıb. Müdaxilə nəticəsində hadisənin qarşısı alınıb.

“Nikoyl Bank” məsələ ilə bağlı açıqlama yayıb. Bankın İnkişaf Departamentinin direktoru Rəşad Cümşüdov tərəfindən Meydan TV-yə daxil olan açıqlamada deyilir ki, sözügedən şəxs, doğrudan da, “Nikoyl Bank”ın müştərisidir: “Bank tərəfindən həmin müştəriyə dəfələrlə güzəştlər edilib. Müştəri məlumatlarının məxfiliyini qoruduğumuz üçün əlavə məlumat təqdim edə bilmərik. Onu da qeyd etmək istəyirik ki, müştərinin üzərinə yanacaq tökmək faktı qeydə alınmayıb, sadəcə belə bir niyyəti olduğunu bizə bildirib.  Bu insidentin manatın devalvasiyası ilə heç bir əlaqəsi yoxdur.

Ana səhifəXəbərlərBankdan açıqlama: Özünü yandırmaq istəyən şəxsə dəfələrlə güzəşt etmişik