I yarımildə mümkün itkilərlə bağlı 7 mln 124 min manat ehtiyat yaradılıb
“Bank Silk Way” ASC 2016-cı ilin I yarısında 429 min manat ziyana düşüb. Bunu texniki itki saymaq olar, çünki mümkün aktiv ziyanı üzrə ayırmalarla bağlı yaranıb.
Məlumatı “Turan” İA bankın hesabatına əsasən yayıb. Hesabatda bildirilir ki, I yarımildə mümkün itkilərlə bağlı 7 mln 124 min manat ehtiyat yaradılıb. Deyilən dövrdə “Bank Silk Way”-in əməliyyat gəlirləri 6,7 mln manat olub.
2016-cı ilin I yarısında bankın valyuta ticarətindən gəlirləri 3,7 mln manat olub.
İyulun 1-i üçün bankın aktivləri 364,4 mln manat olub. Bunun 346,2 mln manatı müştərilərə verilən kreditdir. Kreditlərin 193,8 mln manatı xarici valyuta ilədir.
Bank bu dövrdə 148,2 mln manat depozit cəlb edib. Bunun 132,8 mln manatı xarici valyuta ilədir.
2015-ci ildə bankın gəlirləri 32,4 mln manat, xalis mənfəəti 1,5 mln manat olub.
Bankın səhmdarlarının 106,6 mln manat kapitalı var.
“Silkwaybank” “Azalbank”ın hüquqi varisidir. 2008 ilin yanvarından AZAL Səhmdar Kommersiya bankının adı “Bank Silk Way”ASC kimi dəyişdirilib.