”Bank sektoru devalvasiyanın şokundan çıxmayıb”

Natiq Cəfərli: ”Ötən 2 ildə manat daha da zəifləyib”

Source:


Natiq Cəfərli: ”Ötən 2 ildə manat daha da zəifləyib”

Dekabrın 21-i milli valyutanın ikinci dəfə devalvasiyaya məruz qalmasından iki il ötür.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bununla bağlı “Fcaebook” səhifəsində yazıb ki, ötən 2 ildə manat zəifləyib – dollara qarşı 10 faiz, avroya qarşı 20 faiz dəyər itirib. Onun fikrincə, bu, əslində, üçüncü devalvasiya adlandırıla bilər. İkinci devalvasiyadan sonra dollar 1.55 manat, avro isə 1.70 manat idi, yəni son iki ildə manat yumşaq devalvasiyaya uğrayıb, dəyərdən düşüb.

Natiq Cəfərli yazır ki, manatın gündəlik məzənnəsini inzibati qaydada Mərkəzi Bank müəyyən etsə də, qlobal məzənnəsini London birjası, brent markalı neftin qiyməti təyin edir: “Əslində ölkədəki bütün makroiqtisadi göstəricələri, sosial-siyasi sabitliyi London birjasındakı neftin qiyməti müəyyənləşdirir”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli devalvasiyadan sonrakı stress vəziyyətin davam etdiyini düşünür:

“Beynəlxalq Bankda, defolt həddində olan bəzi banklarda baş verən proseslər, 9 bankın bağlanması həmin bu “stresli durum”un sonuclarıdır. Problemli kreditlərin artması, ölkədə kreditləşmənin 4 milyard azalması, inflyasiyanın 14 faiz, ərzaq bahalaşmasının 18 faiz həddində olması bu stressin nəticələridir”.

Deputat Vahid Əhmədov isə “Turan”a deyib ki, 2015-ci ildə baş vermiş iki devalvasiya ötən iki il ərzində maliyyə sahəsinə və bütünlükdə iqtisadiyyata təsirini göstərməkdə davam edir.

Deputatın sözlərinə görə, 2016-cı ildə manatın məzənnəsinin saxlanması üçün həddən çox maliyyə vəsaitləri xərclənib. Mərkəzi Bank məzənnə sabitliyi yaratmağa çalışıb, amma bu sabitlik ancaq 2017-ci ildə yaranıb:

“Bunun da səbəbi odur ki, bir tərəfdən neftin qiyməti nisbi də olsa qalxdı, ölkənin ixrac əməliyyatları artdı, pul kütləsinə nəzarət gücləndirildi. Pul kütləsinə nəzarət manatın dövriyyəsini azaldıb, bu da real sektorun inkişafına maneə olur”.

Vahid Əhmədov

Vahid Əhmədov bank sektorunun hələ də devalvasiyaların şokundan çıxmadığını bildirib:

“Kreditləşmənin azalması, problemli kreditlərin həcminin artması, bank sistemində davam edən neqativ proseslər bu devalvasiyanın hələ də öz nəticələrindən irəli gələn hallardır”.

2015-ci ildə (21 fevral və 21 dekabr) milli valyuta iki dəfə devalvasiya oldu. Nəticədə manatın məzənnəsi dollarla müqayisədə 0.78 qəpikdən 1.55 manatadək zəiflədi.

Ana səhifəXəbərlər”Bank sektoru devalvasiyanın şokundan çıxmayıb”