Bakıda yanğın: Yaralıların olduğu deyilir

Yanğının hansı səbəbə baş verməsi hələlik, məlum deyil

Source:

Yanğının hansı səbəbə baş verməsi hələlik, məlum deyil

Bakının Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində hündürmərtəbəli binada yanğındır.

Yanğının hansı səbəbə baş verməsi hələlik, məlum deyil. Meydan TV-nin hadisə yerində olan əməkdaşının sözlərinə görə, yanğın 3-cü mərtəbədən başlayıb. Yüksələ-yüksələ yuxarılara doğru gedib:

“Az qala 21-ci mərtəbəyədək qalxıb. Ərazidə yanğınsöndürənlər, təcili tibbi yardım avtomobilləri və çoxlu polis var. Yaralıların və tüstüdən boğulanların olduğu bildirilir”.

Bina Lider TV və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin inzibati binalarının arasındadır.

Hadisəyə görə yolda hərəkət də məhdudlaşdırılıb.

Yanğınla bağlı

Fövqəladə Hallar Nazirliyi

də məlumat yayıb.İlkin səbəb kimi elektrik kabellərindəki tüstülənmə göstərilib:

“Hazırda Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ərazidədir. Bütün aidiyyatı dövlət qurumları məlumatlandırılıb. İlkin məlumata əsasən, binadakı elektrik kabellərində tüstülənmə var”.

Ana səhifəXəbərlərBakıda yanğın: Yaralıların olduğu deyilir