İlkin dindirmə zamanı hadisəyə səbəb maaşının ala bilməməsi göstərilir
Bakıda sürücü Bəhruz Feyruz oğlu Zeynalov martın 5-də özünü yandırıb.
Onu Respublika Yanıq Mərkəzinə vaxtında çatdırılması xilas edib.
Mərkəzin baş həkimi Şöhrət Məmmədov sürücünün bədəninin bir neçə yerinin yanması diaqnozu ilə xəstəxanaya daxil olduğunu bildirib:
“Əsasən boyun, burun və əl nahiyyələri yanıb”.
Baş həkim pasientə lazımı yardımlar göstərildiyini və vəziyyətinin sabit olduğunu deyib.
İlkin dindirmələr zamanı sürücü Bəhruz Zeynalov işlədiyi “Elat” MMC-dən 2 aylıq maaşını ala bilmədiyinə görə özünü yandırdığını bildirib.
Faktla bağlı Xətai RPİ-nin 37-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb.