Paytaxtın Binəqədi, Səbail, Yasamal rayonlarında, eləcə də Xırdalanda işıqlar sönüb
Dekabrın 3-də axşam saatlarında Bakıda güclü yağış və külək başlayıb. Nəticədə paytaxtın Binəqədi, Səbail, Yasamal rayonlarında, eləcə də Xırdalanda işıqlar sönüb. “Azərişıq”ın qəza xidməti işıqların baş verən qəza nəticəsində söndüyünü, ərazidə iş getdiyini, tezliklə bərpa olunacağını bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 4-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcəyini, havanın arabir yağıntılı olacağını bildirib. Məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi ehtimalı var.
“Azərişıq” qış fəslinə hazır olduğunu bəyan etmişdi.