Bakıda ənənəvi caz bayramı keçirilir

Festivalın proqramına 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı film təqdimatları daxildir.

Source: Foto: Meydan TV


Paytaxt sakinləri üçün gecəyarısı konsertlər pulsuzdur

Paytaxtda ənənəvi Beynəlxalq Caz Festivalı – “Baku Jazz-2019” keçirilir.

Dünyanın müxtəlif ölkələrindən olan caz ifaçı və qruplarını bir araya gətirən budəfəki caz bayramı “Daha çox caz, daha çox intellekt” şüarı altında reallaşır.

On gün ərzində davam edəcək mədəniyyət tədbirinin proqramı xeyli zəngindir. Festivalın konsert proqramları “Rotunda Jazz Club”da, Beynəlxalq Muğam Mərkəzində, Akademik Musiqili Teatrında, Filarmoniyada təşkil olunacaq.

Festivalın proqramına 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı film təqdimatları daxildir.

Tədbirə oktyabrın 27-də “Rotunda Jazz Club”da yekun vurulacaq.

Builki festivalda gecəyarısı keçirilən sessiyalara giriş sərbəstdir.

Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı 2017-ci ildən “European Jazz Network” təşkilatının üzvüdür.

Ana səhifəMədəniyyətBakıda ənənəvi caz bayramı keçirilir