Bakıda aksiyada saxlanılanlar cərimələndilər

Heyvansevərlər daha öncə də “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə aksiyalar ediblər.

Source: Specify Source
Polis aksiya iştirakçılarını 400 manat cərimələyib


Heyvansevərlərin aksiyasına polisin müdaxilə etdiyi bildirilir

Bir qrup heyvansevər “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə "Bakı qətliamına son" şüarı ilə aksiya keçirib.

Onlar mərkəzi qeyri-şəffaf fəaliyyətdə günahlandırıblar.

Aksiya iştirakçıları bildiriblər ki, “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi əməlləri haqqında ictimaiyyətə açıqlama vermir.

Dəfələrlə onlara fəaliyyətləri ilə bağlı suallar ünvanlayıb, cavab ala bilməyiblər.

Heyvansevərlərin tələbi içəri buraxılıb, heyvanların saxlandığı şəraiti görməkdir.

Eyni zamanda, küçələrdən toplanan heyvanların sonrakı taleyi barədə məlumat istəyirlər: “Biz bilməliyik ki, orada heyvanlara necə davranılır. Bizdə olan məlumata görə heyvanlara içəridə işgəncə verirlər. Onlar elə bilirlər ki, bunu davam etdirəcəklər və heyvanların səsi çıxmır. Amma yanılırlar, biz onların səsi olacağıq. İcazə verməyəcəyik heyvanlara işgəncə verilsin”.

214213078_349019123332136_4607350048586615382_n.jpg
Aksiya iştirakçıları bildiriblər ki, “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi əməlləri haqqında ictimaiyyətə açıqlama vermir

Aksiya iştirakçıları bildirirlər ki, heyvanları küçədə təpikləyə-təpikləyə maşına mindirib aparırlar: “Ötən həftə də gəlmişdik, bizə heyvanları göstərmədilər. Polis çağırdılar, bizi apardılar. İndi də içəridə gizləniblər. Adətən bir iti gətirirlər mərkəzə səhərisi gəlirsən ki, sahiblənəsən. Göstərmirlər. Bilirik ki, başına bir iş gəlib, yoxsa niyə göstərməsinlər”.

Aksiyaya polis müdaxiləsi olub. İştirakçılara güc tətbiqi göstərilib və onlar maşınlara mindirilərək ərazidən uzaqlaşdırılıblar.

Aksiyada Əhməd Məmmədli, Rüstəm İsmayılbəyli, Kamran Məmmədli, Rəvan Axundov, Fərid Cabbar, Elxan Mirzoyev, Nicat İsmayıl, Elmir Abbasov saxlanılaraq polisə aparılıblar.

Saxlanılanların hər biri – Kamran Məmmədli, Elzan Mirzoev, Nicat İsmayıl, Rəvan Axundov, Fərid Cabbar, Rüstəm İsmayılbəyli, Elmir Abbasov və Əhməd Məmmədli Ahmad Mammadli 400 manat cərimələnib.

212001491_235186698445783_3926399249696468602_n.jpg
Heyvansevərlərin tələbi içəri buraxılıb, heyvanların saxlandığı şəraiti görməkdir.

Daxili İşlər Nazirliyindən (DİN) də məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Heyvansevərlər daha öncə də “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə aksiyalar ediblər. Hər dəfəsində polis aksiyaya müdaxilə edib və aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.

Bu zaman Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlama verərək bildirmişdi ki, karantin rejimi dövründə Şəhər İcra Hakimyyəti ilə razılaşdırılmamış hər hansı bir aksiyanın keçirilməsi yolverilməzdir.

Aksiya iştirakçıları deyirlər ki, onlar çox şey istəmirlər. Onların məqsədi mərkəzin gündəlik işlərində iştirak etmək, onlara könüllü dəstək vermək, heyvanların hansı şəraitdə saxlanılması ilə tanış olmaqdır.

216970899_499098064718306_2053995067064298133_n.jpg
Heyvansevərlər daha öncə də “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə aksiyalar ediblər.
Ana səhifəSosialBakıda aksiyada saxlanılanlar cərimələndilər