Bakıda 23-25 dərəcə isti olacaq

Bölgələrdə şimşək çaxacaq, yağış yağacaq

Source:


Bölgələrdə şimşək çaxacaq, yağış yağacaq

Mayın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağa bilər. Gündüz əsən şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, yarımadada havanın temperaturu gecə 11-14°, gündüz 20-25° isti, Bakıda gecə 12-14°, gündüz  23-25° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75 faiz, gündüz  40-50 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 5-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Ana səhifəXəbərlərBakıda 23-25 dərəcə isti olacaq