”Dəyişiklik xidmət xərclərinin balanslaşdırılması məqsədilə edilib”
Martın 3-dən müxtəlif istiqamətlərdən Bakıya gələn elektrik qatarlarının gediş tariflərinə dəyişiklik ediləcək.
Məlumatı Meydan TV-yə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən təsdiqləyiblər. Dəyişikliyin xidmət xərclərinin balanslaşdırılması məqsədilə həyata keçirildiyini deyiblər.
Martın 3-dən qiymətlər belə olacaq:
Bakı-Sumqayıt reysinin qiyməti biznes klassda 1,60, ekonomda 1, Bakı-Biləcəri biznes klassda 1,20, ekonomda 0,40, Bakı-Xırdalan biznes klassda 1,40, ekonomda 0,60, Biləcəri-Xırdalan biznes klassda 0,80, ekonomda 0,40, Biləcəri-Sumqayıt bizness klassda 1,40, ekonomda 0,80, Xırdalan-Sumqayıt biznes klassda 1,20, ekonomda 0,60 manat olacaq.