Bakı şəhəri Lokal Gəlirlər Departamenti məhkəməyə verilib

Doqquz sahibkar və bir fiziki şəxs departamentə qarşı çıxıb

Source:
Vergilər Nazirliyi
Vergilər Nazirliyi


Doqquz sahibkar və bir fiziki şəxs departamentə qarşı çıxıb

Doqquz şirkət və bir fiziki şəxs Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

APA yazır ki, “Naviqator Mobil Servises”, “Retail Solutions”, “Azəri-Türk LTD”, “Azerbaijan Steel Supply”, “Transport-Servis LTD”, “Effekt-M”, “Nicat-Nəzrin”, “Kraun” MMC-lər və “Azəraqrartikinti” ASC-nin “Aqrartikintiservis” firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət

edib.

İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.

Fiziki şəxs – Azəri Yusifzadə də eyni iddia ilə departamenti məhkəməyə verib.

Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.

İqtisadçı-alim Nazim Bəydəmirli sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən hüquqi və fiziki şəxsin Vergilər Nazirliyinin, icra hakimiyyətlərinin müxtəlif yoxlamalarından şikayət vermək hüququnun olduğunu hesab etsə də, məlumatın bu dərəcədə operativ yayılmasında ictimai rəyə təsir marağının olduğu qənaətindədir:

“Vaxtilə müvafiq orqanlar barəsində dəfələrlə məhkəməyə müraciət etsək də, belə operativliklə rastlaşmamışıq. Konkret olaraq, Vergilər Nazirliyi təsisçi olduğum şirkətin üç əməkdaşını qanunsuz olaraq həbs etdirmişdi. Hətta məhkəmə işi icraata götürüb nazirliyin əməkdaşlarına qadağa qoysa da, Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamenti məhkəmənin qərarına sayğı göstərmədi. Bütün bu qanunsuzluğun əsasında isə Sahibkarlar Konfedrasiyasının qurultayında Ələkbər Məmmədovu müdafiə etməyim idi”.

N.Bəydəmirli xatırlayır ki, Vergilər Nazirliyi və o zamankı İqtisadi İnkişaf Nazirliyi Sahibkarlar konfederasiyasının rəhbəri Ələkbər Məmmədovu qurultayda kənarlaşdıraraq yerinə Məmməd Musayevin seçilməsini “təmin etmək” istəyiblər.  Bundan ötrü qurultay nümayəndələrinə təzyiq də ediblər. Bu təzyiqlərə qarşı çıxdığına görə üç əməkdaşı həbs edilib.

“Məlum oldu ki, üç əməkdaşı sadəcə olaraq girov götürüblər ki, mənə təsir etsinlər. Sonradan “razılaşma əldə olundu”. Qanunsuz olaraq müəssisə 100 minlərlə vəsait ödədi. Müdafiə etdiyimiz Ələkbər Məmmədov da Vergilər nazirinin müşaviri oldu”.

Nazim Məmmədov
Nazim Məmmədov

İqtisadçı deyir ki, indi ölkədə 570 mindən yuxarı vergi ödəyicisi var, onlara da müxtəlif formada kameral, səyyar, operativ vergi yoxlamaları qoyulmaqda davam edir.

“Yeni nazirin təyinatından sonra məhkəmə iddiasının ortaya çıxması koordinasiya olunmuş prosesə oxşayır. Güman ki, nazirliyin əvvəlki rəhbərliyinin müxtəlif işlərini qabartmaq məqsədi daşıyır. Məhkəmələrin necə fəaliyyət göstərdiyini nəzərə alsaq onu deyə bilərik ki, heç kəs razılaşdırılmamış Vergilər Nazirliyini və yaxud bir başqa nazirliyi məhkəməyə verməz, çünki nəticənin necə olacağı məlumdur”.

2017-ci ilin dekabrında 16 il vergilər naziri postunu tutan Fazil Məmmədov prezidentin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılıb və onun yerinə, həmin zaman təhsil naziri olan Mikayıl Cabbarov təyin edilib.

Yanvarın 9-da Mikayıl Cabbarovun əmri ilə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 33 əməkdaşı da daxil olmaqla, ümumilikdə 64 nəfər işdən çıxarılıb, nazirin müavini Namiq Əliyev qeyri-müəyyən müddətə məzuniyyətə

göndərib.

Ana səhifəXəbərlərBakı şəhəri Lokal Gəlirlər Departamenti məhkəməyə verilib