Eks nazirin komandasının dəyişdirilməsi prosesi davam edir
Vergilər naziri Mikayıl Cabbarov müavini Namiq Əliyevi qeyri-müəyyən müddətə məzuniyyətə göndərib.
Bu barədə “Report”un özəl mənbələrə istinadən məlumat
yayıb.
Sayt yazır ki, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb.
“Gözləntilərə əsasən, N.Əliyev məzuniyyətdən qayıtmayacaq və onun yerinə yeni müavin təyin olunacaq. Bu vəzifəyə hazırda təhsil nazirinin müavini olan Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir”, deyə report yazıb.
N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavini kimi fəaliyyət göstərir.
N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.
Mikayıl Cabbarov ötən ilin dekabrın 5-də vergilər naziri təyin olunub. Bundan əvvəl o, 4 il Azərbaycanın təhsil naziri olub.
Vergilər Nazirliyi 64 yüksək vəzifəli əməkdaşın nazirin əmrləri əsasında işdən azad edilmələri ilə bağlı məlumat
yayıb.