Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi 40 000 manat cərimələndi

Yasamal Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin 42 saylı qərarının tələblərini pozub

Source:


Yasamal Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin 42 saylı qərarının tələblərini pozub

Medianın və Meydan TV-nin 25 mart tarixində yaydığı


“Deputata görə 50 ağac kəsildi?”


 süjetindən sonra aprelin 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Yasamal rayonu, Mirəli Seyidov küçəsi 14 saylı binanın qarşısında baxış keçiriblər. Göstərilən tarixdə və ondan bir gün əvvəl gecə vaxtı binanın sakinləri tərəfindən çoxillik ağacların kəsilməsi ilə etirazla qarşılanmışdı.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əraziyə baxış keçirilən zaman diametri 38-40 sm olan 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi faktı aşkar olunub və təqsirkarlar müəyyənləşdirilib.Ağacların qanunsuz kəsilməsi ilə əlaqədar ETSN-in Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə protokol tərtib olunaraq, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi hüquqi şəxs qismində 40 000 manat məbləğində cərimə edilib.

Eyni zamanda, sözügedən ərazidə yeni yaşıllıqların salınaraq mühafizə olunması və onlara qulluq göstərilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan göstəriş verilib. Müvafiq olaraq sözügedən əraziyə sərəncam vermiş Yasamal Rayon İcra Hakimiyyətinə də məktubla müraciət olunub.Məktubda xatırladılıb ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən torpaq ayrılması ilə bağlı sərəncam verilərkən həmin sənəd Nazirlər Kabinetinin 42 saylı qərarının tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla, o cümlədən aparılacaq tikinti-quraşdırma və ya abadlıq işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyi, ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə isə ETSN-la razılaşdırılmalıdır. Əgər razılaşdırma prosesi olsaydı sözügedən ərazidə  bu hal baş verməzdi.

Ana səhifəXəbərlərBakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi 40 000 manat cərimələndi