Bakı sakini özünü yandırdı

57 yaşlı Ələkbər Əliyev özünü yaşadığı mənzildə yandırıb

Source:
Təcili yardım
Təcili yardım


57 yaşlı Ələkbər Əliyev özünü yaşadığı mənzildə yandırıb

Abşeron rayon sakini Ələkbər Həsənağa oğlu Əliyev özünü yandıraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə rayonun Güzdək qəsəbəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Ələkbər Əliyev yaşadığı evində özünü yandırıb. Onun yanmış meyiti qonşuları tərəfindən aşkar edilib.

Ə.Əliyev evdə tək yaşayıb.

O, əvvəllər 4 dəfə həbsdə yatıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Ana səhifəXəbərlərBakı sakini özünü yandırdı