Bakı Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək

Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyası çərçivəsində memorandum imzalanıb

Source:
İmzalama mərasimi
İmzalama mərasimi
İmzalama mərasimi
İmzalama mərasimi


Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyası çərçivəsində memorandum imzalanıb

2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalı Azərbaycanda keçiriləcək.

Bununla bağlı Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyası çərçivəsində memorandum imzalanıb.

Məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.

Bakı şəhərinin ev sahibliyi etməsi ilə bağlı müqaviləni Avropa Olimpiya Komitəsinin prezidenti Janez Kocijančič, Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə imzalayıb.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək,

Avropa oyunları

,

İslam Həmrəyliyi

oyunları, Şahmat Olimpiadası,

Formula 1

Grand Prix turniri və digər mötəbər idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın, 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalını da mükəmməl səviyyədə keçirəcəyinə əminliyini bildirib.

Sonra nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov tərəfindən 2019-cu ildə Azərbaycanda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının təqdimat mərasimi olub. Təqdimat zamanı şöbə müdiri idman yarışlarının sayı, növləri, onların keçiriləcəyi məkanlar, iştirakçı idmançıların və rəsmilərin ehtimal olunan sayı, idmançıların qalacaqları binalar və digər mühüm əhəmiyyət kəsb edən sahələr barədə assambleya iştirakçılarına ilkin məlumat verib.

İclas zamanı 2019-cu ildə Belarus Respublikasının Minsk şəhərində keçiriləcək 2-ci Avropa Oyunlarına hazırlıq məsələləri ilə bağlı Təşkilat Komitəsinin hesabatı dinlənilib, həmçinin, Pyonçanq-2018 Qış Olimpiya Oyunlarının, Tokyo-2020 Yay Olimpiya Oyunlarının, Pekin-2022 Qış Olimpiya Oyunlarının, Paris-2024 Yay Olimpiya Oyunlarının, Avropa Gənclər Olimpiya Festivalının 2017-ci ildə Türkiyə və Macarıstanda keçirilmiş qış və yay Festivallarının Təşkilat Komitələrinin hesabat xarakterli çıxışları olub.

Bununla yanaşı, tədbir zamanı həmçinin 2020-ci ildə Lozannada keçiriləcək Gənclərin Olimpiya Oyunlarına hazırlıq məsələlərinin də müzakirəsi də aparılıb.

Ana səhifəXəbərlərBakı Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək