Bağlanan bankların əmanətçilərinə 56.4 mln manat kompensasiya ödənilib

”Parabank”, ”Zaminbank”, ”Kredobank” və ”Dekabank”da 31 min 959 nəfərin qorunan əmanəti olub

Source:


”Parabank”, ”Zaminbank”, ”Kredobank” və ”Dekabank”da 31 min 959 nəfərin qorunan əmanəti olub

2016-cı il avqustun 1-dən etibarən “Parabank”ın əmanətçilərinə 19.5 mln, “Zaminbank”ın əmanətçilərinə 28.8 mln, “Kredobank”ın əmanətçilərinə 5.8 mln, “Dekabank”ın əmanətçilərinə isə 2.3 mln manatdan artıq kompensasiya ödənilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Ümumilikdə, 4 bank üzrə 56.4 mln manatdan artıq kompensasiya ödənilib.

Bu bankların qorunan əmanətçilərinin sayı 31 959 nəfər təşkil edir.

Məlumatda bildirilir ki, 17786 nəfərin əmanətləri 1 manata, 11534 nəfərin əmanətləri isə 1 manatdan 1000 manata qədər olanlardır. 1000 manatdan artıq əmanəti olan əmanətçilərin sayı 2639 nəfərdir və 19 avqust 2016-cı il tarixinə onlardan 1915 nəfərinə (72,6 %) 56455 min manat kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə əmanətlərin valyutasında ödənilir.

Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.3-cü maddəsinə əsasən bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Ana səhifəXəbərlərBağlanan bankların əmanətçilərinə 56.4 mln manat kompensasiya ödənilib