1 Dekabr tarixində Azərbaycan Televiziyasında
Naradaranda keçirilən əməliyyatla bağlı sujet yayımlandı.
Sujetdə Nardaran “terrorçu yuvası”, “çinayətkar ada” kimi təqdim edildi.
Reportajda 4 gəncin də münasibəti yer alıb. Həmin gənclərin adları düzgün yazılmayıb. Aşağıda sizə həmin gənclərdən 3-nün gerçək adı və kimlikləri təqdim olunur. Adların səhv yazılması texniki problemlə də bağlı ola bilər. Əsas məsələ odur ki, bu gənclərin hamısı YAP üzvləridir.
Orxan Daşdəmirli
– YAP Sabunçu rayon təşkilatının üzvü. Daşdəmirli AZTV-yə müsahibə verməsini kənardan
telefona çəkdirərək facebook profilində də paylaşıb.
______________________________________________________________________________________
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının üzvü.
______________________________________________________________________________________
Fərhin Teymurovun twitter profilində özünün atdığı bir tweet belə yoxdur.
İlk paylaşımını
2015-ci ilin 10 iyun tarixində edib.
Avropa Oyunları ilə bağlı olan və Namiq Murad adlı twitter profilinin tweet-i olub. 23 iyun tarixinə qədər oyunlarla bağlı və oyunların təbliğatına hesablanan tweet-ləri paylaşıb. 24 iyun tarixindən heç bir tweet atmayıb.
Sonuncu cavan oğlan isə böyük ehtimalla Namiq Muradovdur. Onun sosial şəbəkədə hər hansı hesabının olduğunu müəyyən etmək mümkün olmadı.