Hazırda aktiv xəstə sayı 7393 nəfərdir
Mayın 22-də Azərbaycanda 352 adam COVİD-19 infeksiyasına yoluxub, 720 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 12 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 332 min 235 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 319 min 991 nəfər müalicə olunaraq sağalıb, 4851 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 7393 nəfərdir".
Eyni zamanda, ötən müddətdə 3 milyon 446 min 33 testin aparıldığı vurğulanıb:
"Bugünkü test sayı isə 10841-dir".