“Azərtac”ın sədri vəzifəsindən azad edilib

Aslan Aslanov. Foto: Azərtac

Prezident sərəncam imzalayıb

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev noyabrın 19-da sərəncam imzalayıb.

Aslan Aslanov 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub.
O, 1975-ci il – Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1975-1992-ci illərlə müxtəlif qəzetlərdə, o cümlədən “Kommunist” qəzetində çalışan Aslan Aslanov 1992-ci ildən “Azərtac”-da müxbir kimi işə başlayıb, sonra baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb.

2002-ci ilin oktyabrında “Azərtac”-ın baş direktoru təyin olunub.

2018-ci ildə agentliyin İdarə Heyətinin sədri təyin edilib.

Aslan Aslanov 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Şöhrət” və Rusiyanın “Dostluq” ordeni ilə təlif olunub.

Ana səhifəSiyasət“Azərtac”ın sədri vəzifəsindən azad edilib