Dövlət agentliyi indiyə qədər dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşirdi
Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Əsasnaməsində dəyişiklik edib.
“Report” xəbər verir ki, prezidentin imzaladığı fərmana əsasən, AZƏRTAC-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.
İndiyədək AZƏRTAC dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşir, informasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülürdü.