”Azəristiliktəchizat” ötən ili zərərlə başa vurub

ASC-nin nizamnamə kapitalı dəyişməyərək 19,266 mln. manat olaraq qalıb, cəmi kapitalı isə 2,98 faiz azalaraq 118,546 mln. manat olub

Source:


ASC-nin nizamnamə kapitalı dəyişməyərək 19,266 mln. manat olaraq qalıb, cəmi kapitalı isə 2,98 faiz azalaraq 118,546 mln. manat olub

“Azəristiliktəchizat” ASC 2015-ci ildə aktivlərini 191,722 mln. manata çatdırıb ki, bu da 2014-cü illə müqayisədə 2,1 faiz çoxdur.

Aktivlərin 166,722 mln. manatı (1,3 faiz artım) uzunmüddətli, 24,9 mln. manatı isə (7,8 faiz artım) qısamüddətlidir.

Hesabat dövründə dövlət şirkətinin öhdəlikləri 73,176 mln. manata çatıb ki, bu da illik müqayisədə 9,9 faiz artım deməkdir. Yeri gəlmişkən, öhdəliklərin hamısı qısamüddətlidir ki, bunun da 71,442 mln. manatı (13,15 faiz artım) qısamüddətli kreditor borclarının payına düşür.

ASC-nin nizamnamə kapitalı dəyişməyərək 19,266 mln. manat olaraq qalıb, cəmi kapitalı isə 2,98 faiz azalaraq 118,546 mln. manat olub.

“Azəristiliktəchizat” 195,747 mln. manatlıq kapital ehtiyatı yaradıb ki, bu da 2014-cü illə müqayisədə 4,4 faiz çoxdur.

Şirkətin 2015-ci il üzrə ödənilməmiş zərəri 96 mln. 466,925 min manat (14,1% artım) təşkil edib.

Ana səhifəXəbərlər”Azəristiliktəchizat” ötən ili zərərlə başa vurub