”Azəriqaz”ın 5 mlrd. manatdan çox investisiyaya ehtiyacı var

Debitor borc siyahısı hazırlanıb

Source:


Debitor borc siyahısı hazırlanıb

Qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması üçün tərtib olunan üç layihəyə ümumilikdə 5 mlrd. 187 mln. manat investisiya qoyuluşu tələb edilir.

“APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Bakı şəhəri və Abşeron rayonunun (1-ci layihə), hazırda ən yüksək qaz itkisi olan 22 şəhər və rayon mərkəzlərinin (2-ci layihə) qaz təchizatı sistemlərinin köklü surətdə yenidən qurulması üçün ümulikdə 4 mlrd. 870 mln. manat, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli kimi qiymətləndirilən yaşayış məntəqələrin müəyyən edilib və onların qazlaşdırılması (3-cü layihə) üçün isə 317 mln. manat investisiya qoyuluşu tələb olunacaq.

Hesabatda həmçinin qeyd olunub ki, “Azəriqaz” İB tərəfindən əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla aprel ayı ərzində 664 min manat, may ayı ərzində 5257 min manat, iyun ayı ərzində isə 3538 min manat debitor borc yığılıb.

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 550 abonent üzrə 473 min manat, may ayı ərzində 1408 abonent üzrə 1,449 mln. manat, iyun ayları ərzində isə 627 abonent üzrə 354 min manat debitor borc siyahısı hazırlanıb:

“399 abonentə məhkəmə iddiası qaldırılıb. Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənişini təmin etməyən 66 min 624 abonentin qaz təminatı dayandırılıb”.

Qeyri-əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla may ayı ərzində 6,755 mln. manat, iyun ayı ərzində isə 4,091 mln. manat debitor borc yığılıb.

14 nazirlik və 12 digər büdcə təşkilatları üzrə 32,302 mln. manat borcun ödənilməsi üçün həmin təşkilatlara rəsmi müraciət olunub.

Son illər qış mövsümü ərəfəsində “Azəriqaz” İB ilə “Azəristiliktəchizat” ASC arasında problemlərdən əhalinin əziyyət çəkməsini nəzərə alaraq, sonuncunun  Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, “bir dövlət qurumunun digərinə borcunun olmasından vətəndaş əziyyət çəkməməlidir”.

“Azəristiliktəchizat” ASC üzrə 89,532 min manat borcun ödənilməsi və 01.05.2017-ci il tarixə yaranmış borc qalığı barədə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktının təsdiq olunması üçün adıçəkilən quruma “Azəriqaz” tərəfindən rəsmi müraciət olunub.

Rafiq Əliyev borcun mövcudluğunu təsdiqləyib:

“2015-ci ildə analoji problem var idi. Məsələyə hökumət səviyyəsində müdaxilə olundu və bundan sonra problem öz həllini tapdı. Əhaliyə verilən istiliyin tarifləri maya dəyərindən qat-qat aşağıdır. Baxmayaraq ki, bizim yığımlarımız 100% səviyyəsindədir, bizim iradəmizdən asılı olmayaraq borc yaranır. Başqa sözlə, biz zərərlə işləyən təşkilatıq – gəlirlərimiz xərclərimizdən azdır. 2011-ci ildən etibarən bizim tariflər artmayıb, lakin bu dövr ərzində elektrik enerjisi və təbii qazın tarifləri artıb. Biz dövrü olaraq Tarif Şurasına hesabatlarımızı veririk. Şura bizim zərərlə işlədiyimizi bilir”.

Ana səhifəXəbərlər”Azəriqaz”ın 5 mlrd. manatdan çox investisiyaya ehtiyacı var