Qurum səlahiyyətlərini yeni yaradılan “Azərişıq” ASC-yə ötürməlidir
Ölkə başçısı İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb.
APA-nın məlumatına görə, “Azərişıq” ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək.
Sənəddə qeyd olunub ki, iki ay ərzində “Azərenerji” ASC fəaliyyətini “Azərişıq” ASC-yə ötürməli, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” ASC-nin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir.
Ölkə başçısı digər sərəncamı ilə Balababa Rzayevi “Azərişıq” ASC-nin sədri təyin edib.