Azərbaycanlı kapitanın batan gəmisinin Ukraynadan qeyri-qanuni kömür daşıdığı bildirilir

”Gəmi işğal olunan ərazilərdən qeyri-qanuni olaraq kömür daşıyıb”

Source:


”Gəmi işğal olunan ərazilərdən qeyri-qanuni olaraq kömür daşıyıb”

Qara dənizdə Türkiyə sahilləri yaxınlığında yanvarın 7-də batan yük gəmisinin Ukraynanın münaqişə bölgəsindən qeyri-qanuni olaraq kömür daşıdığı bildirilir.


Jurnalist

təhqiqatları mərkəzinin Ukraynanın işqal olunmuş ərazilər üzrə nazirliyinə istinadən verdiyi xəbərə əsasən, Panama bayrağı altında üzən gəmi işğal olunan Krımın limanlarına daxil olub.

Nazirlik yük gəmisinin qeyri-qanuni olaraq Donetsk və Luqansk vilayətlərindən kömür daşıdığını bildirib.

“Gəmi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırdı. Rusiyanın Rostov vilayəntində olan bu liman işğal olunan Donbasdan Türkiyə və digər ölkələrə qeyri-qanuni olaraq kömür daşınması üçün istifadə edilir”.


Batan gəmi

nin kapitanı və kapitan köməkçisinin azərbaycanlı olduqları bildirilir.

Gəminin ümumilikdə 13 ekipaj üzvü olub. Onlardan 6-ı ölüb, 7 nəfəri isə xilas etmək mümkün olub. Kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun meyiti sudan çıxarılıb. Gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

Ana səhifəXəbərlərAzərbaycanlı kapitanın batan gəmisinin Ukraynadan qeyri-qanuni kömür daşıdığı bildirilir