Qara dənizdə azərbaycanlıların da olduğu yük gəmisi batıb (yenilənib)

Altı nəfər ölüb

Source:


***


17.30. Son məlumata əsasən gəminin ekipaj üzvlərindən olan Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun


meyiti sudan çıxarılıb.


Gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.


***


Altı nəfər ölüb

Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə – Qara dənizdə Panama bayrağı ilə üzən yük gəmisi batıb.


Hurriyet.com.tr

xəbər verir ki, 13 nəfərlik heyəti olan gəmidə Türkiyə Sahil Mühafizəsi Xidməti tərəfindən xilasetmə əməliyyatı aparılır.

Gəmi heyəti arasında 9 nəfər Ukrayna, 2 nəfər Azərbaycan, 2 nəfər də Rusiya vətəndaşının olduğunu bildirilib. Axtarış-xilasetmə əməliyyatına 1 təyyarə, 4 helikopter, 4 gəminin cəlb olunub.

Yük gəmisinin batması nəticəsində 6 nəfər ölüb.

Samsun şəhərinin valisi Osman Kaymak bildirib ki, heyət üzvlərindən 7 nəfəri xilas edilib.

Ancaq vali ölənlərin kimlikləri və hansı ölkənin vətəndaşları olduğunu açıqlamayıb.

Ana səhifəXəbərlərQara dənizdə azərbaycanlıların da olduğu yük gəmisi batıb (yenilənib)