Azərbaycanla Türkiyə hərbi təlimlərə başlayır

”Məqsəd təcrübə mübadiləsini inkişaf etdirməkdir”

Source:


”Məqsəd təcrübə mübadiləsini inkişaf etdirməkdir”

Mayın 1-dən Azərbaycanla Türkiyə hərbi təlimlərə başlayır.

APA yazır ki, iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, keçirilən təlimlərin mayın 5-ə kimi davam etməsi nəzərdə tutulur.

Təlimdə məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini inkişaf etdirməkdir.

Birgə təlimlərə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları, minaatanlar, hərbi hava qüvvələrinin döyüş və nəqliyyat helikopterləri cəlb edilib.

Birgə təlimlərdə Türkiyə tərəfinə rəhbərlik edəcək yüksəkçinli zabitlər hələ bir neçə gün öncə Azərbaycana gəliblər.

Ana səhifəXəbərlərAzərbaycanla Türkiyə hərbi təlimlərə başlayır