“Clash Report”: Ermənistan ordusu 1 milyard dollarlıq hərbi sursat itirib (Yenilənir)

Hər iki tərəf cəbhədə gərginlik olduğunu deyir

Source: google


18.10.


Azərbaycan Müdafiə Nazirliyi Hadrut rayonunun azad olunmasıyla bağlı video görüntü



yayıb



.

***



“Clash Report”: Ermənistan ordusu 1 milyard dollarlıq hərbi sursat itirib

Müharibənin başladığı 16 gün ərzində Ermənistan ordusuna 1 milyard ABŞ dollar həcmində ziyan dəyib.

“Clash Report”un

araşdırmasına

görə, əsas ziyan Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-ları vasitəsilə vurulub. Hava hücumundan müdafiə sisteminə 485 milyon ABŞ dolları ziyan dəyib.

Oktyabrın 12-nə olan məlumata görə, Ermənistan ordusu ümumi dəyəri 210 milyon dollar olan 84 tank itirib.

Həmçinin araşdırmaya görə, Ermənistan ordusu ümumi dəyəri 16 milyon olan 32 səhra topu, 17,5 milyon dəyərində 5 radar, 52 milyonluq 25 ÇNRA və s. itirib.

***



Ölən və yaralanan mülki şəxslərin sayı açıqlandı

Azərbaycan-Ermənistan arasında davam edən müharibə nəticəsində Azərbaycan tərəfdən mülki şəxslər arasında ölənlərin sayı 42-yə çatıb. 206 nəfər isə yaralanıb.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb. Bildirilir ki, atışma nəticəsində 241 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası və 1479 yaşayış evi yararsız hala düşüb.

“İnterfax” Azərbaycanın işğal olunmuş ərazisində yaradılan “Dağlıq Qarabağ Respublikası”nın ombudsmanı Artak Beglaryana istinadən müharibə başlayandan bölgədə ölən mülkilərin sayının 31 olduğunu yazıb. Yaralıların isə 100-dən çox olduğu bildirilir.

***



Azərbaycanda 3 məktəbli həlak olub, 15-i yaralanıb

Müharibə Azərbaycanda 3 məktəblinin həyatına son qoyub, 15 şagird yaralanıb.

Məlumatı Təhsil Nazirliyi yayıb.

Həlak olan məktəblilər Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur.

Gəncə şəhərinin atəşə tutulması nəticəsində 15 şagird yaralanıb.

Nazirlik müharibədən ziyan çəkən məktəblərin də siyahısını açıqlayıb.

Bəlli olub ki, atılan mərmilər Tərtər rayonunda 12, Ağdamda 11, Gəncədə 5, Füzulidə 4, Goranboyda 3, Bərdədə 1, Ağcabədidə 1 məktəbi yararsız hala salıb.

***



Hər iki tərəf cəbhədə gərginlik olduğunu deyir

Oktyabrın 13-də Azərbaycanın Ağcabədi, Goranboy, Tərtər, Ağdam rayonları atəşə tutulub. Məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb. Nazirlik bildirib ki, oktyabrın 12-dən 13-nə keçən gecə cəbhədə yenə gərginlik olub.

“Report”un bölgəyə ezam olunmuş əməkdaşı isə məlumat verib ki, Tərtər şəhərini və ətraf kəndləri – Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atılıb. İlkin məlumata görə, 10-dan çox evə ziyan dəyib, xəsarət alan olmayıb.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan da öz “Facebook” səhifəsində oktyabrın 12-dən 13-nə keçən gecənin gərgin keçdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan ordusu cəbhənin şimal-şərq istiqamətində aktivdir.

Ana səhifəXəbərlər“Clash Report”: Ermənistan ordusu 1 milyard dollarlıq hərbi sursat itirib (Yenilənir)