”Azərbaycanın makroiqtisadi göstəricələri alt-üst olacaq”

Dünyada neft qiymətləri kəskin aşağı düşüb

Source:
Natiq Cəfərli
Natiq Cəfərli


Dünyada neft qiymətləri kəskin aşağı düşüb

Dünyada neft qiymətinin ortalama qiyməti 75 dollardan yuxarı olduğu ildə Azərbaycan iqtisadiyyatı cəmi 1 faiz artıbsa (inflyasiyanı nəzərə alsaq bu, heç artım deyil), siz təsəvvür edin büdcədə neft qiymətinin 60 dollardan hesablandığı 2019-cu ildə qara qızılın qiyməti ortalama 50 dollar olsa nə baş verəcək.

Bunu “Facebook” sosial şəbəkəsindəki profilində iqtisadçı Natiq Cəfərli yazıb.

Onun fikrincə bütün makroiqtisadi göstəricələr alt-üst olacaq.

“ÜDM azı 2-3 faiz azalacaq, manata basqılar ciddi artacaq”.

Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsində neftin bir barreli 60 dollardan hesablanıb. Büdcə layihəsi hazırlanarkən dünyada neft qiymətləri yüksək idi və bir barrel üçün 85 dollar təşkil edirdi. Azərbaycanda müstəqil iqtisadçılar büdcədə 60 dollar səviyyəsini düzgün saymayıb, hökuməti bu qərara görə tənqid etmişdilər.

Dekabr ayında dünyada neftin qiymətləri kəskin surətdə aşağı düşüb.

Dekabrın 21-də “Brent” markalı neftin qiyməti 53,73 dollar olaraq, son bir ilin ən aşağı nəticəsini göstərib.

Hazırda olan qiymətlərlə neft satışı fevral ayında baş tutacaq.

Ana səhifəXəbərlər”Azərbaycanın makroiqtisadi göstəricələri alt-üst olacaq”