Azərbaycanın hərbi qulluqçusu yaralanıb

”Samit İsrafilova dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur”

Foto: Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi


”Samit İsrafilova dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur”

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Bu açıqlama

Azərbaycan Müdafiə Nazirliyi

nin məlumatında əks olunub.

Bildirilib ki, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində qarşı tərəfdən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçu İsrafilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ana səhifəXəbərlərAzərbaycanın hərbi qulluqçusu yaralanıb