“Aprelin 14-də, qoşunların təmas xəttində qarşı tərəfin açdığı atəş nəticəsində Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub.
Müdafiə Nazirliyindən Meydan TV-tə daxil olan məlumatda bildirilir ki, döyüş əməliyyatlarının dayandırılmasına dair razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri vəziyyəti gərginləşdirməkdə davam edir.
Nazirlik bildirib ki, qoşunların təmas xəttində baş verən provokasiyaya görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.