Azərbaycanı Eurovision 2015-də Elnur Hüseynov təmsil edəcək

Source:

Bu il “Eurovision” mahnı yarışmasında Azərbaycanı Elnur Hüseynov təmsil edəcək.

Məlumatı “Eurovision” mahnı yarışmasının saytı yayıb.

Avstriyanın paytaxtı Vyanada keçiriləcək yarışmada Elnur Hüseynov “Hour Of The Wolf” balladası ilə çıxış edəcək.

Azəbaycan “Eurovision” mahnı yarışmasına ilk dəfə 2008-ci ildə qatılıb. Yarışmada Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə dueti təmsil edib.

 “O ses Türkiyə” yarışmasına qatılması və birincilik əldə etməsi ilə Elnur Hüseynov yenidən gündəmə gəlib.

2011-ci ildə Elnur və Nigar dueti ilə Azərbaycan ilk dəfə “Eurovision” mahnı yarışmasında birinci olub. 2012-13-cü illərdə Azərbaycan təmsilçiləri yarışmanı ilk onluqda başa vurublar.

2014-cü ildə Dilarə Kazımovanın təmsilçiliyi ilə Azərbaycan 22-ci yerdə qərarlaşıb.​

Ana səhifəXəbərlərAzərbaycanı Eurovision 2015-də Elnur Hüseynov təmsil edəcək