Azərbaycanda yoluxma sayı 100-dən aşağı düşdü

Eyni zamanda, ötən müddətdə 1 milyon 64 min 475 testin aparıldığı qeyd olunub

Source: Reuters


113 nəfər sağalaraq evə buraxılıb

Sentyabrın 22-də Azərbaycanda 98 adam COVİD-19 infeksiyasına qoluxub, 113 nəfər sağalıb, 2 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 39 min 378 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu xatırladıb: "Onlardan 36 min 949 nəfər müalicə olunaraq sağalıb, 578 pasient ölüb. Hazırda aktiv xəstə sayı 1851 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 1 milyon 64 min 475 testin aparıldığı qeyd olunub: "Bugünkü test sayı isə 6672-dir".

Ana səhifəSosialAzərbaycanda yoluxma sayı 100-dən aşağı düşdü