Daha 118 nəfərdə virusa yoluxma faktı qeydə alınıb
Mayın 21-də Azərbaycanda koronavirus infeksiyasına daha 118 yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq evə buraxılıb, 1 nəfər isə ölüb.
Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilib ki, ölən şəxs 1956-cı ildə doğulub.
Operativ qərargah hazırda 3749 nəfərin koronavirus infeksiyasına yoluxduğunu, onlardan 2340 nəfərin müalicə olunduğunu, 44 nəfərin isə öldüyünü qeyd edib.
Eyni zamanda, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicə olunduğu bildirilib:
“Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252.496 test aparılıb”.