“Azərbaycanda vəziyyət Amerika dağları kimidir”

Ales Bialiatski: “Əvvəllər Belarus prezidenti Alexander Lukashenko Avropanın sonuncu diktatoru idi, indi İlham Əliyev onu qabaqlayır”

Source:


Ales Bialiatski: “Əvvəllər Belarus prezidenti Alexander Lukashenko Avropanın sonuncu diktatoru idi, indi İlham Əliyev onu qabaqlayır”

Bu açıqlamanı Riqada Vətəndaş Cəmiyyəti Forumunda çıxışı zamanı belaruslu hüquq müdafiəçisi Ales Bialiatski deyib.

A.Bialiatski daha sonra Azadlıq Radiosuna müsahibəsində deyib ki, Belarusda insan haqları ilə bağlı vəziyyət sabit olaraq pisdirsə, Azərbaycanda bu, getdikcə pisləşir:

“Hər iki ölkədə insan haqlarının vəziyyəti kütləvi şəkildə pozulur, vətəndaş cəmiyyətinə, jurnalistlərə güclü təzyiq edilir. Bu iki ölkə arasında paralellər çox aydındır. Bizdə vəziyyət sabit olaraq pisdir, Azərbaycanda isə vəziyyət Amerika dağları kimidir – Avropa Şurasına daxil olduqdan sonra nisbətən yaxşı idi, amma son prezident seçkisindən sonra, təəssüf ki, vəziyyət kəskin şəkildə pisləşdi”,-deyə güquq müdafiəçisi söyləyib.

Bialiatski onu da deyib ki, Qərb Azərbaycana ikili standartlar tətbiq edir- İlham Əliyevin Riqa sammitində iştirak etmək imkanı olsa da, Lukashenko Avropaya buraxılmır, onu qəbul etmirlər:

“Bu, açıq siyasi siqnaldır ki, o öz ölkəsində belə davranmamalıdır və Avropa ölkəsində müsbətə doğru dəyişiklik baş verməlidir”.

Ana səhifəXəbərlər“Azərbaycanda vəziyyət Amerika dağları kimidir”