Azərbaycanda sürüşmə sahələri aktivləşib

İsmayıllı, Şamaxı rayonları və cənub bölgəsindəki sürüşmə sahələri aktivləşib

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


İsmayıllı, Şamaxı rayonları və cənub bölgəsindəki sürüşmə sahələri aktivləşib

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, son günlər ölkə ərazisində yağan yağışlar mövcud sürüşmələrin aktivləşməsinə səbəb olub.

Ə. Qaralov qeyd edib ki, hazırda Şamaxı rayonu ərazisində Cabanı, Muğanlı, Qaravəlli, Birinci Çağan, İsmayıllı rayonu ərazisində isə Dilman sürüşmə sahələrində aktivlik müşahidə olunur: “Bakının Goradil kəndində sürüşmənin baş verməsi ilə əlaqədar nazirliyin “qaynar xətt”inə müraciət daxil olub”.

Ana səhifəXəbərlərAzərbaycanda sürüşmə sahələri aktivləşib