Azərbaycanda sosial partlayışlar qaçılmaz görünür

Rusiya ilə həddən ziyadə yaxınlıq hakimiyyətin özü üçün qorxulu gələcək vəd edir

Source:


Rusiya ilə həddən ziyadə yaxınlıq hakimiyyətin özü üçün qorxulu gələcək vəd edir

Parlament tam müxalifətsiz formalaşacaq. Bu aydındı. İqtidar islahatların imitasiyasına belə getmir. Bir sözlə, cəmiyyətdə gərginlik artmaqdadı və baş verənlər sosial partlayışların xəbərçisidir.

Sosial partlayışa ona görə sosial partlayış deyirlər ki, baş vermə müddətini əvvəlcədən müəyyən etmək mümkün olmur. İlk öncə bunu yaradacaq amillər və səbəblər araşdırılmalıdır. Kütləvi işsizlik, sosial problemlərin illərdir yığılıb qalması, siyasi institutların və vətəndaş cəmiyyətinin tamamilə məhv edilməsi sosial partlayışa gətirib çıxaran amillərdəndir ki, bunun da hamısı Azərbaycanda var.

Ölkədə cəzasızlıq sindromundan əziyyət çəkən məmurlar, əhalinin ən kiçik problemlərini belə həll etmək iqtidarında deyillər. Bütün bunların hamısı istər-istəməz partlayışlara şərait yaradır. Bir sözlə, iqtidar nümayəndələrinin ölkədə sosial partlayışların və Yaxın Şərqdəki proseslərin olmayacağına dair səsləndirdikləri fikirlər siyasi savadsızlığın göstəricisidir. Tunisdə, Yəməndə, Liviyada da vaxtı ilə hökumət nümayəndələri eyni fikirlər səsləndirirdilər. Diktator Qəzzafi ölkəsində mövcud proseslərin baş verməyəcəyini düşünürdü. Lakin gözləntilər özünü doğrultmadı.

Dünyada, eləcə də regionda Qərblə Rusiyanın amansız savaşı gedir və Bakı Moskvanın xeyrinə reveranslar edir. Ukraynada və Gürcüstanda aşkar şəkildə Qərblə Rusiyanın maraqlarının toqquşmasının şahidi oluruq. Növbəti hədəflərindən biri isə Azərbaycan ola bilər.

Artıq vətəndaş cəmiyyətinin və siyasi partiyaların zəiflədiyini nəzərə alsaq, kortəbii etiraz aksiyalarının və partlayışların əsas aparıcı elementə çevriləcəyini indidən proqnozlaşdırmaq mümkündür.

İndi hamını bir sual düşündürür – ölkədə nə baş verir? Hakimiyyət Qərbi şantaj edir, Rusiya savaş baltalarını havaya qaldırıb, müxalifətə qarşı ən aşağılayıcı bəyanatlar yeni mərhələyə qədəm basır, hakimiyyət dəhlizlərində də bir çaşqınlıq hiss olunmaqdadır. Ölkədə milli və dini zəmində yaşana biləcək qarşıdurmanın müəyyən konturları da cızılmaqdadır. Bütün bu amillər belə bir sualı aktual edir: nə baş verir? Bu proseslər nə ilə yekunlaşa biləcək? Ölkənin axırı necə olacaq?

Vurğulayaq ki, ölkədə tamamilə fərqli situasiya yaranmaqdadır. Qərb siyasi dairələri  Azərbaycana Rusiya qoşunlarının qayıdabilmə ehtimalının doğura biləcəyi fəsadları zərərsizləşdirmək istiqamətində addımlar atır.


Qərb və Rusiya ilə yaşananlar fonunda birincinin və ikincinin “nüfuz generalları” “açıq kartla” oynamağa başlayırlar. Bunların fonunda NATO-nun əsas dayağı rolunu oynayan Milli Ordunun rəhbəri müharibə barədə bəyanatlar verir, iqtidarın əsas ideoloqu sayılan digər sima isə nəzarətində olan KİV vasitəsilə dolayısı ilə də olsa “XII Qızıl Ordu”nu Azərbaycana dəvət edir


.


Ordu və ideoloji rəhbərliyin rus milli geyimini həvəslə geyinməsi və Qərblə yanaşı öz siyasi rəhbərliklərinə də barmaq silkələməsi rəngləri daha da tündləşdirir.

NATO və Qərb arasında vurnuxan Azərbaycan iqtidarının manevr limiti də tükənmək üzrədir. Bütün bunlar proseslərin elə də uzun çəkməyəcəyi barədə ehtimal irəli sürməyə əsas verir.


Hansı radikal və marginal qrupların proseslərə necə və nə zaman təkan verəcəyini isə proqnozlaşdırmaq mümkün deyil. Prinsip etibarilə, proseslər idarə olunmaz məcraya yönələ bilməkdədir


.

Əslində baş verənlər iqtidarı silkələyir. Seçkidən zəiflədilmiş vəziyyətdə çıxacaq hakimiyyətin kadr islahatlarına getməkdən başqa yolu qalmaya bilər, lakin bu, xalqın dəstəyini qazanmağa yetərli olmaya da bilər.  Bir sözlə, Azərbaycanda əsas hərəkətverici amil xaos ola bilər. Belə ki, ə

n qorxulu ehtimallar doğrulmaqdadır. İdarəçilik xaos nöqtəsinə transfer edir. Belə vəziyyətdə isə siyasi münasibətləri zəka deyil, silah həll edə bilər

. Bu barədə hakimiyyət öncədən düşünməli idi. Siyasi institutların sıradan çıxarılması və Rusiya ilə həddən ziyadə yaxınlıq hakimiyyətin özü üçün qorxulu gələcək vəd edir. Rusiya siyasi çevrilişləri dəstəkləyən bir ölkədir.

Ehtimal etmək olar ki, yaxın zamanlarda iqtidar daha sərt idarəçiliyə transfer etmək barədə düşünəcək. Bu isə artıq aqoniya əlamətidir…

Ana səhifəXəbərlərAzərbaycanda sosial partlayışlar qaçılmaz görünür