162 nəfərin virusa yoluxduğu bildirilir
Fevralın 3-də Azərbaycanda 162 adam COVID-19 infeksiyasına yoluxub, 361 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında analiz nümunələri müsbət çıxan 4 nəfərin öldüyü qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 230 617 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 224 168 nəfər müalicə olunaraq sağalıb, 3 145 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3 304 nəfərdir".
Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 198, ötən müddət ərzində isə ümumilikdə 2 426 945 testin aparıldığı vurğulanıb.