Azərbaycanda son 4 gündə koronavirusdan ölüm halı qeydə alınmayıb

koronavirus. Foto: Meydan TV

Bu gün 16 nəfər COVİD-19 infeksiyasına yoluxub

Aprelin 11-də Azərbaycanda 16 nəfər COVID-19 infeksiyasına yoluxub, 19 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb. Operativ Qərargahın gündəlik açıqladığı statistikaya əsasən, 8, 9 və 10 aprel tarixlərində Azərbaycanda koronavirusdan ölüm qeyd alınmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 253 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeydedib:

“Onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 pasiyent ölüb. Aktiv xəstə sayı 199 nəfərdir”.
Son sutkada 2 624, hazırkı dövrədək isə 6 746 085 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda son 4 gündə koronavirusdan ölüm halı qeydə alınmayıb