Azərbaycanda Qələbə Günü qeyd olunur

Azərbaycanda Qələbə Günü qeyd olunur. Foto: Azərtac

9 May ölkədə həm də qeyri-iş günüdür

Mayın 9-u Azərbaycanda faşizm üzərində qələbənin 78-ci ildönümü kimi qeyd olunur.

Bu münasibətlə ölkədə qeyri-iş günüdür.

II Dünya müharibəsi 1939-cu ildə faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb.

2 il sonra iyunun 22-də Almaniya SSRİ-yə hücum edib.

Müharibə 1945-ci ilin mayın 9-da Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Müharibədə Azərbaycandan 660 min nəfər iştirak edib, onlardan 300 mindən çoxu həlak olub.

Müharibə iştirakçılarından 170 mindən çoxu orden və medallarla mükafatlandırılıb.

130 iştirakçı Sovet İttifaqı Qəhrəmanı, 30 nəfər isə “Şərəf” ordeni ilə təltif olunub.

1945-ci ildə başa çatan bu müharibənin Qələbə Günü Avropa ölkələrində mayın 8-də qeyd edilsə də, Ukrayna istisna olunmaqla keçmiş SSRİ məkanında mayın 9-na üstünlük verilir.

Ana səhifəXəbərlərAzərbaycanda Qələbə Günü qeyd olunur