Azərbaycanda maşın istehsalı azalıb

Məhəmməd Talıblı: ”Bu avtomobillər ixracyönümlü olmadığından zavodlar da bağlanmaq məcburiyyətində qalıblar”

Source:


Məhəmməd Talıblı: ”Bu avtomobillər ixracyönümlü olmadığından zavodlar da bağlanmaq məcburiyyətində qalıblar”

2017-ci ilin yanvar-mart aylarında maşın və avadanlıqların,

sair nəqliyyat vasitələrin

in, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 34,5 mln. manatlıq məhsul istehsal edilib,

əvvəlki ilin

analoji dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 42,4 faiz azalıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 24,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən “APA -Economics”ə verilən məlumata görə, 3 ay ərzində yük və minik avtomobillərinin, qoşqular və yarımqoşquların, fəvvarə armaturunun istehsalı olmamış, ştanqlı quyu nasoslarının istehsalı 21,2 faiz azalıb.

 Bununla yanaşı, hesabat dövründə 770 ədəd xüsusi təyinatlı kommunal maşınlar və 67 ədəd traktor istehsal edilib.

Azalmanı Meydan TV-yə şərh edən AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Məhəmməd Talıblı yaranmış vəziyyətin birinci səbəbini avtomobil bazarında alqı-satqı dövriyyəsinin azalmasında görür:

“Təbii ki, bu, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması və avtomobil bazarında ümumi dinamizmin süstlüklə əvəz olunmasının göstəricisidir. Həm də avtomobil istehsalçısı olan müəssisələr, “NAZ-Lifan” və digərləri əsasən dövlət qurumları üçün istehsal edirdi və bunlar ümumi rəqabətə davamlı deyildilər. Ona görə əhali köhnə istehsal olan və başqa ölkələrdən gətirilən maşınları alırdı”.

 M.Talıblı deyib ki, nəinki avtomobil istehsalı, eyni zamanda, avtomobil idxalı da əhəmiyyətli dərəcədə azalıb:

“Əvvəlki illərdə 100-110 maşın gətirilirdisə, böhrandan sonra bu rəqəm dəfələrlə aşağı düşüb. Bu amil göstərir ki, vətəndaşların lüks mal və xidmətlərə, hər hansı bahalı istehlaka ödəmə qabiliyyəti aşağı düşüb. İnsanlar daha çox gündəlik istehlaka xərcləməyi üstünlük verirlər. Bundan əlavə, böhran ölkə iqtisadiyyatına təsir etməklə bərabər vətəndaşların gəlirlik səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edib. Diqqət edin, avtomobillərin satışında müxtəlif  bonuslar, stimullaşdırıcı tədbirlər də həyata keçirilir, qiymətlər endirilir, uzunmüddıətli kreditə verilir, ancaq yenə də alıcıları artmaq əvəzinə dəfələrlə aşağı düşüb”.

Məhəmməd Talıblı

 İqtisadçının qənaətincə, böhran yalnız avtomobil sənayesinə deyil, əhalinin həyat şəraitinə təsirini göstərib:

“Yerli müəssislərin avtomobilləri aşağı keyfiyyətlidir. Bu baxımdan  onları ya inzibati yolla dövlət qurumlarına, yaxud hər hansı vətəndaşlara satırlar. Bu avtomobillər ixracyönümlü olmadığından zavodlar da bağlanmaq məcburiyyətində qalıblar. Ona görə də hər hansı məhsulu istehsal etməzdən əvvəl bunun rəqabətə davamlılığı, xarici bazarlara çıxışı barədə çox ciddi marketinq araşdırması aparılmalıydı. Ancaq Azərbaycanda velisoped, avtomobil, traktor

zavodları

açılır, nəticədə bunların bazarının olmadığı məlum olur. Bəlkə də bazarın rəqabətliliyi haqda heç düşünülməyib də. Sadəcə, qeydiyyat, yaxud statistika xatirinə bu işlər qurulur. Beləliklə, yerli müəssisələrin işlək imkanları sıradan çıxır”.

“Hökumət bütün məhsulları istehsal etməyi qarşısına məqsəd kimi qoymamalıdır. Barmaqla sayıla biləcək elə məhsul sahələri seçilməlidir ki, həmin məhsulları uzun müddət bazarda saxlamaq mümkün olsun. Hazırkı vəziyyət hökumətin sadəlöhv və populist yanaşmalarının nəticəsidir”,-deyə Talıblı fikrini yekunlaşdırıb.

Ana səhifəAnalitikaAzərbaycanda maşın istehsalı azalıb