Yeddi ay ərzində 67,1 faiz az minik avtomobili, 11,1 faiz az ştanqlı quyu nasosları istehsal edilib
2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 107 ədəd minik avtomobili, 272 ədəd yük avtomobili, 602 ədəd traktor, 138 ədəd qoşqular və yarımqoşqu istehsal edilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 156,5 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 10,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 2,3 faiz azalıb, avtomobil və qoşquların istehsalı isə 26,8 faiz artıb.
Yeddi ay ərzində 67,1 faiz az minik avtomobili, 11,1 faiz az ştanqlı quyu nasosları istehsal edilib.