“4 241 yeni yoluxma faktı qeydə alınıb”
Avqustun 28-də Azərbaycanda sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb.
Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilir ki, 3 366 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.
Operativ Qərargahın məlumatına görə, indiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib. 50 244 nəfər aktiv xəstə sayını təşkil edib”.
Ötən gün yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, bu günə qədər isə ümumilikdə 4 414517 test icra olunub.