“Xəstəxanalarda 267 nəfər müalicə alır”
Nazirlər Kabineti
yanında operativ qərargahın məlumatına görə, martın 31-də Azərbaycanda 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər isə ölüb.
Bildirilib ki, 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə vermədiyindən pasiyent vəfat edib:
“Həmin şəxsin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür”.
Operativ qərargah qeyd edib ki, ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.
Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.