Azərbaycanda koronavirusdan 31 nəfər vəfat edib

Foto: Meydan.TV

“2178 yoluxma var”

Noyabrın 2-də Azərbaycanda 2178 adam COVID-19 infeksiyasına yoluxub, 2 010 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 31 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 534 748 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 497 363 nəfər müalicə olunaraq sağalıb, 7 132 pasiyent ölüb. Aktiv xəstə sayı 30 253 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 889, ötən müddətdə isə 5 214 586 testin aparıldığı göstərilib.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirusdan 31 nəfər vəfat edib