Azərbaycanda koronavirusdan 13 xəstə vəfat edib

Foto: Meydan TV

“851 nəfər sağalıb”

Yanvarın 6-da Azərbaycanda 584 adam COVID-19 infeksiyasına yoluxub, 851 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 13 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 619 min 502 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 603 min 906 nəfər müalicə olunaraq sağalıb, 8 min 422 pasiyent ölüb. Aktiv xəstə sayı 7 min 174 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 44, bu günə qədər isə 5 milyon 911 min 227 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusdan 13 xəstə vəfat edib