Bir gündə 14 nəfər ölüb
Yanvarın 14-də Azərbaycanda 380 adam COVİD-19 infeksiyasına yoluxub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, 1159 nəfər müalicə olunaraq sağalıb, 14 nəfər ölüb.
Bu göstərici bir gün əvvəlin göstəricisindən az olub. Ötən sutka koronavirusa yoluxma sayı 474 nəfər, ölüm sayı 16 olub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 226 min 200 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 213 min 279 nəfər müalicə olunaraq sağalıb, 2971 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 9950 nəfərdir”.
O cümlədən, ötən müddətdə 2 milyon 295 min 612 testin aparıldığı xatırlanıb:
“Bugünkü test sayı isə 7653-dür”.