Azərbaycanda koronavirusa yoluxma sayı 946 oldu

Eyni zamanda, ötən müddətdə 1 milyon 291 min 534 testin aparıldığı vurğulanıb

Source: Reuters


7 xəstə həyatını itirib

Oktyabrın 25-də Azərbaycanda 946 adam COVİD-19 infeksiyasına yoluxub, 228 nəfərin sağalıb, 7 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yaydığı məlumatda Azərbaycanda indiyə qədər 49 min 959 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 41 min 279 nəfər müalicə olunaraq sağalıb, 671 pasiyent ölüb. hazırda aktiv xəstə sayı 8009 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 1 milyon 291 min 534 testin aparıldığı vurğulanıb:

“Bugünkü test sayı isə 10037-dir”.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxma sayı 946 oldu