Azərbaycanda koronavirusa yoluxanların sayı yenə 150-ni keçdi

Operativ qərargah son sutkada 6751, bu günə qədər isə 1009478 testin aparıldığını qeyd edib.

Source: Архив


Daha 3 nəfər vəfat edib

Sentyabrın 13-də Azərbaycanda 155 adam COVID-19 infeksiyasına yoluxub, 149 nəfər müalicə olunaraq sağalıb, 3 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yaylb.

Bildirilib ki, Azərbaycanda indiyə qədər 38 min 327 adam yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 35 min 756 nəfər müalicə olunaraq sağalıb, 562 pasient ölüb. Hazırda aktiv xəstə sayı 2009 nəfərdir.

Operativ qərargah son sutkada 6751, bu günə qədər isə 1009478 testin aparıldığını qeyd edib.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxanların sayı yenə 150-ni keçdi