Azərbaycanda koronavirusa yoluxanların sayı 7 mini keçdi

Foto: Meydan TV

“26 xəstə vəfat edib”

Fevralın 4-də Azərbaycanda 7050 nəfər COVID-19 infeksiyasına yoluxub, 3435 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 26 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 683 min 476 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 637 min 429 nəfər müalicə olunaraq sağalıb, 8 min 823 pasiyent ölüb. Aktiv xəstə sayı 37 min 224 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 481, bu günə qədər isə 6 milyon 227 min 883 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirusa yoluxanların sayı 7 mini keçdi